AZ

Tülin Şahin Avropa Parlamentində çıxış edəcək

Xoşməramlı səfir öz həyat tərzi ilə sağlam bədənə və ruha sahib olmaq təcrübəsindən danışacaq

BMT-nin Qadınlar Təşkilatı ilə həyata keçirdiyi layihələrlə adından söz etdirən və UNİCEF-in Türkiyədəki ilk xoşməramlı səfirlərindən biri olan Tülin Şahin geyimlərini bağışlayaraq, gəlirlərini uşaqların təhsil təqaüdünə köçürüb.

Sherg.az xəbər verir ki, modelliklə yanaşı, bir çox sosial məsuliyyət layihələrində iştirak edən Tülin Şahin Avropa Birliyi qurumları arasında birbaşa ictimaiyyət tərəfindən seçilən yeganə qurum olan Avropa Parlamentində çıxış edəcək.

Şahini dekabr ayında keçiriləcək tədbirdə "Sağlam Həyat Avareness" başlığı altında ingilis dilində çıxış edəcək. İki ayrı tarixdə cəmi 3 gün davam edəcək tədbirdə Şahin öz həyat tərzi ilə sağlam bədənə və ruha sahib olmaq təcrübəsindən danışacaq.

Tülin Şahin deyib: "Modellərin ideal ölçülərini saxlamaq üçün ümumiyyətlə qeyri-sağlam qidalanmalara sahib olduqlarını, amma nənim bu mövzuda əksinə, illərdir formamı sağlam şəkildə qoruduğumu və həyat tərzimlə yaxşı söz sahibi olduğumu dedilər. Dəvətə görə şərəfləndiyimi bildirdim və təklifi qəbul etdim".


Seçilən
23
sherg.az

1Mənbələr