Şuşa şəhər gününün qeyd edilməsi ilə bağlı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov QHT.az saytına açıqlamasında qeyd edib ki, Şuşa şəhəri AXC-Musavat cütlüyünün səriştəsizliyinin qurbanı oldu.
"Onların Azərbaycanda yaradığı xaos gətirib Şuşa kimi bir şəhərin işğalına səbəb oldu. Şuşa getsə başıma güllə çaxacam deyən ünsürlər hələ də meydanda Don Kixotluq edirlər. S.Qurbanov qeyd edib ki, Şuşa şəhərinin işğaldan azad olunması Azərbaycan hərb tarixində qızıl hərflərlə yazılıb. Şuşa şəhərinin alınması bizim üçün həm də mənəvi dəyər daşıyırdı. Xatırlayırasınızsa hələ müharibənin getdiyi dövrdə Prezident İlahm Əliyevdən Şuşa barəsində soruşanda o Şuşasız işimiz yarımçıq olar söyləmmişdi. Şuşaya həmişə xüsusi həssaslıqla yanaşan cənab Prezident Şuşanı infrastrukturunu ən kısa müddətdə bərpa etdi. Prezidentin Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır! sözləri artıq həyata vəsiqə qazanıb".