Ermənistanın baş naziri Nikol Paşinyanın başının üstündən "qara buludlar" əskik olmur. Bu dəfə erməni mediasında 2023-cü ilin noyabrında Stepanakertin Azərbaycan qoşunları tərəfindən tutulmasından sonra yaradılmış Qarabağ Universitetinin Nikol Paşinyanın adına verilməsi təklifinin ortaya atıldığı xəbəri peyda olub.
Erməni teleqram kanalları yazır ki, Qarabağ universitetinin rektoru Şahin Bayramov Dağlıq Qarabağın Azərbaycana qaytarılmasında həlledici töhfə vermiş lider universitetə Nikol Paşinyanın adının verilməsi təklifi ilə tələbə və professor-müəllim heyəti adından Prezident İ.Əliyevə və ölkə parlamentinə müraciət edib. Guya universitet tələbələri bu xəbəri sosial şəbəkələrdə paylaşırlar.
Belə görünür ki, əleyhdarları yıxa bilmədikləri Paşinyana qarşı qarayaxma vasitəsilə də mübarizə aparmağın əleyhinə deyillər. Amma maraqlı olan burasıdır ki, şayiə hansı beyinin təxəyyülünün məhsuludur? Fikrimizcə, bu dəfə Paşinyanın başının üstünü bürüyən qara buudlar Rusiyadan gəlməkdədir. Hər vəchlə onu gözdən salmağa çalışan Moskva indi də bu qəbildən şayiələrə əl atır.
Ülviyyə, Hurriyyet.az