VIII qrant qaliblərindən növbəti layihə Rzayeva Nazlıxanım tərəfindən Nardaran qəsəbəsində 130 nömrəli tam orta məktəbdə "Qızların Şəxsi İnkişaf Layihəsi" adı altında həyata keçiriləcək...
Poliqon.info xəbər verir ki, layihənin məqsədi Nardaran icmasında yaşayan qız şagirdlərinin şəxsi inkişaf təlimlərində iştirakına şərait yaratmaqla onların gələcəyə yönəlik təhsil və karyera məqsədləri təyin etməsinə nail olmaqdır.
Təlimlər 24 nəfər 13-15 yaşlı qız şagird üçün təşkil ediləcək.
Təlimləri karyera inkişafı üzrə ekspert Fərhad Abdulov və sosial sahibkarlıq mütəxəssisi Sara Rəcəbli aparacaq. Qızlar vorkşoplarda qadınların inkişaf etdirdiyi biznes nümunələri ilə tanış olacaq və ətirli dekorativ sabun hazırlama prosesində iştirak edəcəklər. Bu təlim onların praktiki bacarıqlarını inkişaf etdirməyə kömək edəcək.
Poliqon.info