AZ

Prezidentin rektor təyin etdiyi Kamilə Dadaşzadə kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Siyavuş Əşrəf oğlu Kərimini Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edib. Digər sərəncamla Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin olunub.

Qaynarinfo xəbər verir ki, Kamilə Dadaş-zadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi Tarixi və Nəzəriyyəsi Kafedrasının müdiri olub(2005-2007, 2011-ci ildən).

Konservatoriyanı bitirdikdən sonra uzun müddət aşıqlar birliyində çalışan Kamilə Dadaş-zadə şifahi ənənəli bu ölməz xalq sənətinin bütün sirlərinə dərindən yiyələnib, gələcək elmi fəaliyyətini onun tədqiqinə həsr edib. Milli etnomusiqişünaslığın inkişafında böyük xidmətləri olan Kamilə Dadaş-zadə 2000-ci ildə "Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalələrin, monoqrafiyanın, o cümlədən, "Dastanın işarə sistemi” monoqrafiyası, "Musiqi tarixi” dərsliyinin, çoxlu sayda proqram və metodiki tövsiyələrin müəllifidir.

Kamilə Dadaş-zadə 2003-cü ildə Avropa İncəsənət Universitetləri Liqası tərəfindən İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq müsabiqədə "Xalq musiqisinin tədqiqi və tədrisində müasir elmi nəzəriyyələrin tətbiqi” adlı məruzə ilə çıxış edıb. Amerika etnomusiqişünası, YUNESKO-nun xalq musiqisi üzrə eksperti Stiven Blumun Universitetə dəvət olunması da Kamilə Dadaş-zadə təşəbbüsü ilə həyata keçirilib. Avropa Şurasının STAGE layihəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycan mədəniyyət siyasəti” məruzəsinin ekspertlərindən və məcmuənin müəlliflərindən biridir. 

Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 2013-cü ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.




Seçilən
5
15
qaynarinfo.az

10Mənbələr