Bakı. Trend:
"İnşaatçı-FA" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərinəmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətiəsasında Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əməkqanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqiqüvvəyə minmədən (bağlanmadan) 6 şəxsin rayon ərazisində internetdirəklərinin basdırılması işlərinin yerinə yetirilməsinə cəlbedilməsi müəyyən edilib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda MMC barəsindəİnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hərhansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi)maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraqbaxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib,məhkəmənin qərarı ilə hüquqi şəxs 24 min manat məbləğində inzibaticərimə edilib.
Eyni zamanda Cəmiyyətin direktoru Fərid Ağayev barəsində həminMəcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraatbaşlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosialmüdafiəsi Nazirlyi yanında Dövlət Əmək Müfəttişliyi XidmətininQazax-Tovuz Regional şöbəsinə göndərilib və F.Ağayev müvafiqqərarla 3 min manat məbləğində inzibati cərimə edilib.