AZ

İşğaldan azad olunan ərazilər güzəştli şərtlərlə icarəyə veriləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.

Bakupost.az xəbər verir ki, yenilənmiş Qanuna əsasən, işğaldan azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında) kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.


Həmin ərazilərdə əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.

Seçilən
6
49
bakupost.az

10Mənbələr