AZ

Milli Konservatoriyaya rektor təyin edilən Kamilə Dadaşzadə kimdir? - DOSYE

Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.

Kamilə Dadaşzadə musiqi və etnomusiqişünaslıq sahəsində təcrübəsi ilə tanınır. Konservatoriyanı bitirdikdən sonra uzun illər Azərbaycan aşıqlarının sənətini tədqiq edən Kamilə xanım bu sahənin incəliklərini dərindən mənimsəmiş və milli etnomusiqişünaslığın inkişafına əhəmiyyətli töhfələr verib.

2000-ci ildə müdafiə etdiyi "Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair" mövzulu dissertasiya, onun xalq musiqisi sahəsindəki elmi nailiyyətlərinin göstəricilərindən biridir. O, "Dastanın işarə sistemi" adlı monoqrafiyası və "Musiqi tarixi" dərsliyi ilə milli musiqi elmində xüsusi yer tutub.

Professor Dadaşzadə beynəlxalq arenada da Azərbaycan musiqisinin təbliğinə və tədqiqinə töhfə verib. 2003-cü ildə Avropa İncəsənət Universitetləri Liqası tərəfindən Barselona şəhərində keçirilən beynəlxalq müsabiqədə xalq musiqisinin tədrisində müasir elmi nəzəriyyələrin tətbiqinə dair məruzə ilə çıxış edib.

Kamilə Dadaşzadənin təşəbbüsü ilə Amerika etnomusiqişünası, YUNESKO-nun xalq musiqisi üzrə eksperti Stiven Blum Azərbaycan Milli Konservatoriyasına dəvət olunub, bu isə konservatoriyanın beynəlxalq əməkdaşlığını daha da möhkəmləndirib.

Avropa Şurasının STAGE layihəsi çərçivəsində "Azərbaycan mədəniyyət siyasəti" məruzəsinin hazırlanmasında ekspert və müəllif kimi iştirak edən Kamilə xanım, həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

Seçilən
5
3
musavat.com

2Mənbələr