Uzun müddətdən sonra İstanbulda konsert verən meqastar Tarkan sevilən mahnıları ilə tamaşaçıları coşdurub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Tarkanın konsertdə geyindiyi yumurta daban ayaqqabıları çox danışılıb.
Tarkanın səhnədəki ayaqqabı seçimi səhnə performansını qabaqlamağı bacarıb.
Sosial şəbəkədə çox müzakirə olunan meqastarın ayaqqabılarına "Babam da geyinərdi" və "Bu nə ayaqqabıdır, Tarkan?" kimi şərhlər edilib.