AZ

İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?

Livanla İsrail arasındakı atəşkəsin ömrü Hizbullah təşkilatından asılı olacaq. Əgər bu təşkilat İsrail ərazisinə raket atarsa, Təl-Əviv yenidən qonşu ölkəyə hücuma keçəcək.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İsrail və Livan (Huzbullah) arasında əldə edilən bu bugündən qüvvəyə minən atəşkəs haqda qeyd edib.

O bildirib ki, İsrail son bir neçə ayda Hizbullahı xeyli zəiflədib, rəhbərliyini və komandirlərinin çoxunu öldürüb:

“Hizbullah bu vəziyyətdə Livanın cənubunu tərk edəcəyini bildirib. Həmin ərazidə Livan ordusu yerləşməlidir. Ancaq kim zəmanət verər ki, İran Hizbullahı yenidən silahlandıraraq, təşkilatın əvvəlki gücünü qaytarmağa yardımçı olmayacaq? İsraillə Hizbullah 2006-cı ildə də atəşkəsə razılaşmışdılar, riayət olunmadı. Bu dəfə fərq ondan ibarətdir ki, hazırki Hizbullah 18 il əvvəlki Hizbullahdan xeyli zəifdir. Ancaq İrandakı qüvvələrə bu zəifliyi aradan qaldırmaq üçün bir neçə il tələb oluna bilər. Bu halda atəşkəs yenidən pozulacaq. Bu baş verməsin deyə ABŞ və Fransa Livan ordusunu gücləndirməyə çalışacaq. Çünki zəifləyən Hizbullah indiki vəziyyətdə belə Livan ordusundan güclüdür”.

Ekspertin fikrincə, Yaxın Şərqdəki problemlərin həlli İsrailin Fələstin dövlətini tanımasından keçir:

“Bu baş vermədən Yaxın Şərq barıt çəlləyi olaraq qalacaq”.

Seçilən
17
1
axar.az

2Mənbələr