AZ

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanatı təqdim edirik: "Fransanın ARTE kanalında “Azərbaycanlılar və türklər iki qardaş xalqlardır və eyni vəhşilikləri törətməyə qadirdirlər” kimi Azərbaycana qarşı böhtan və iftiralarla dolu sənədli film yayımlanıb.

Son olaraq COP29 zamanı bir sıra Qərb mediasının Azərbaycana qarşı çirkin kampaniyasının şahidi olmuşduq.Yalandan özünü müstəqil media adlandıranlar, “söz azadlığı”ndan dəm vuranlar azərbaycanofob, islamofob siyasi dairələrin əlində alətə çevrilib. Təəssüf ki, bəzi Qərb mediası “xristian Ermənistan və müsəlman Azərbaycan” hekayəsini yaymaqda davam edir, cəmiyyətləri məsələyə sırf etnik və dini təəssübkeşlikdən yanaşmağa kökləyir.

Qeyd edilən sənədli film XXI əsrdə irqçiliyin, Azərbaycana qarşı nifrətin Fransa cəmiyyətinin bütün sahələrinə yayılmasının daha bir nümunəsidir. Fransanın özünü diplomat adlandıran Ermənistandakı səfirinin zaman-zaman Azərbaycanı hədəf alan cılız, ölkəsini hörmətdən salan, Ermənistan cəmiyyətinin radikal hissəsini isə “cuşa gətirən” açıqlamaları isə irqçilikdən əlavə, həm də rəsmi Parisin siyasi isteblişmentində gedən güclü deqradasiyanı göstərir".

 

Seçilən
11
13
xalqqazeti.az

10Mənbələr