AZ

İran HDQ yeni döyüş gəmisi istismara verəcək

İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Şəhram İrani Milli Dəniz Qüvvələri Günü münasibətilə İranın Tasnim Agentliyinə müsahibə verib.

Herbiand.az bildirir ki, kontr-admiral müsahibəsində uzun mənzilli və şaquli atışlı zenit-raket kompleksləri ilə təchiz olunacaq yerli istehsal olan yeni hərbi gəminin istismara verilməsi planlarını açıqlayıb. Hərbi Dəniz Qüvvələrinin geniş çeşiddə avadanlıq istehsalında irəlilədiyini vurğulayan komandan yaxın gələcəkdə “Kürdüstan” adlı yeni yerli gəminin təqdim ediləcəyini bildirib.

O qeyd edib ki, yeni hərbi gəmi uzun mənzilli və raketləri şaquli şəkildə vura bilən “Səyyad” zenit-raket kompleksi ilə təchiz ediləcək. Kontr-admiral həmçinin, “Zaqros” adlı daha bir yeni gəminin xidmətə girəcəyini, “Sabalan” esminesinin isə raket imkanlarının 4 dəfə artırıldığını bildirib.

Onun sözlərinə görə, Hərbi Dəniz Qüvvələri, həmçinin innovativ texnologiyalardan istifadə edərək 1000 kilometrdən çox mənzilli dəniz-yer raketləri hazırlayıb. Kontr-admiral İran Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqların istehsalı sahəsində irəliləyişini yüksək qiymətləndirərək deyib ki, ağır və super ağır sualtı qayıqların istehsalı gündəmdədir.

Şəhram İrani qeyd edib ki, Hərbi Dəniz Qüvvələri müasir silahlarla təchiz olunacaq və lazımi sınaqlardan sonra fəaliyyətə başlayacaq “Besat” adlı ağır sualtı qayıq hazırlayır. Hərbi Dəniz Qüvvələrinin pilotsuz uçuş aparatlarının imkanları ilə bağlı sualı cavablandıran komandir deyib ki, onun qüvvələri yerli istehsal olan iki növ “strateji pilotsuz təyyarə” alacaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
1
herbiand.az

2Mənbələr