AZ

“KTMT üzvlüyü toyuq deyil ki, dondurasan” - “Paşinyan Azərbaycana bir söz belə deməyə qorxur”

“KTMT-yə üzvlük toyuq deyil ki, onu dondurasan, sonra da əridəsən". 

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətdən olan deputatı Artur Xaçatryan erməni jurnalistlərlə söhbətində deyib.

“Ermənistan” fraksiyasının üzvü olan Artur Xaçatryan Ermənistanın KTMT-dəki üzvlüyünün dondurdulmasının mənasız olduğunu və bunun təşkilatın qərarlarının qəbuluna heç bir təsir etmədiyini əlavə edib: “Ya ora, ya bura. Qərar verməlisən. Hakimiyyət diversifikasiyadan danışır. Lakin biz NATO-nun bizə dediyini görməmişik ki, gəlin bizim təlimlərə qoşulun.

Onlar KTMT-yə də getmirlər, çünki məncə, Azərbaycan buna imkan vermir. Azərbaycan bildirib ki, Ermənistan hərbi imkanlarını artırmaq üçün addımlar atan kimi, qarşılıqlı addımlar atacaq. Aydındır ki, istənilən hərbi təlimdə iştirak bizim hərbi potensialımızı artırır. İstisna etmirəm ki, onlar(Paşinyan hakimiyyəti-red.) Azərbaycana bir söz belə deməkdən qorxurlar”.

“AzPolitika.info”

Seçilən
6
azpolitika.info

1Mənbələr