AZ

Xalq artistinin yerinə gətirilən Kamilə Dadaş-zadə kimdir?- Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə Xalq artisti Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib. Onun yerinə Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.

Paralel.az K.Dadaş-zadənin dosyesini təqdim edir:

2005-2007, 2011-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Musiqi Tarixi və Nəzəriyyəsi Kafedrasına rəhbərlik edib.

Konservatoriyanı bitirdikdən sonra uzun müddət aşıqlar birliyində çalışan Kamilə xanım şifahi ənənəli bu ölməz xalq sənətinin bütün sirlərinə dərindən yiyələnib, gələcək elmi fəaliyyətini onun tədqiqinə həsr edib. Milli etnomusiqişünaslığın inkişafında böyük xidmətləri olan Kamilə Dadaşzadə 2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalələrin, monoqrafiyanın, o cümlədən, “Dastanın işarə sistemi” monoqrafiyası, “Musiqi tarixi” dərsliyinin, çoxlu sayda proqram və metodiki tövsiyələrin müəllifidir.

K.Dadaşzadə 2003-cü ildə Avropa İncəsənət Universitetləri Liqası tərəfindən İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq müsabiqədə “Xalq musiqisinin tədqiqi və tədrisində müasir elmi nəzəriyyələrin tətbiqi” adlı məruzə ilə çıxış edıb. Amerika etnomusiqişünası, YUNESKO-nun xalq musiqisi üzrə eksperti Stiven Blumun Universitetə dəvət olunması da K.Dadaşzadənin təşəbbüsü ilə həyata keçirilmişdir. Avropa Şurasının STAGE layihəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan mədəniyyət siyasəti” məruzəsinin ekspertlərindən və məcmuənin müəlliflərindən biridir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

Billurə

 

Seçilən
4
15
paralel.az

10Mənbələr