Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin qurumun qeyri-kommersiya məqsədindən söhbət açıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, Çeferinin bu barədə fikrini təqdim edir:
“UEFA mənfəətlə bağlı deyil. Biz xalis gəlirimizin 97%-ni yenidən futbola paylaşdırırıq. Bəli, 97%-i. Qalan vəsait isə xərclərin ödənilməsinə və idmanımızın həyati vacib sahələri – qadın, gənclər və futzalın dəstəklənməsinə sərf edilir. Daha çox pul qazandıqda isə daha çox pul veririk. Bunu başqa kim edir?
Daha kim gəlirin bu qədər payını əsas sahənin maliyyələşdirilməsi, qadın futbolunun inkişafı və gənclərin yarışlarının dəstəklənməsi kimi əsas məqsədlərə sərf edir? Bunlar xərc deyil. Bu, yatırımdır. Oyuna sərmayə və insanlara və icmalara sərmayədir. Bu, ictimai maraqlara qoyulan sərmayədir”, deyə Aleksander Çeferin vurğulayıb.