AZ

Avstriya Rusiya qazına alternativ tapdı - Yanacaq bu mənbələrdən əldə ediləcək

Rusiya Avstriyaya qaz ixracını dayandırdıqdan sorna ölkənin enerji şirkətləri qış aylarında enerjiyə olan tələbi ödəmək üçün alternativ mənbələrin axtarışını gücləndirib. 


Sfera.az xəbər verir ki, ölkənin enerji şirkətləri rus qazına alternativ kimi külək və su elektrik stansiyalarında istehsalın artırılmasını görürlər. 


“Reuters” in məlumatına əsasən, bu il Avstriyada rekord həcmdə külək enerjisi istehsalı və hidroenerji istehsalı nəzərdə tutulub. Şirkətlərin proqnozuna əsasən, adıçəkilən iki mənbə üzrə istehsalı artırmaqla rus qazının yoxluğunun yaratdığı boşluğu doldurmaq mümkün olacaq. 


Xatırladaq ki, Rusiyanın “Qazprom” şirkəti ilə Avstriyanın qaz idxalçısı OMV arasında qaz ticarətinə son verilib. Avstriya Rusiyadan qazı əsasən, elektrik enerjisinin istehsalında istifadə üçün idxal edirdi. 


Rusiyadan qaz idxalının dayanması xəbərinin yayılmasından sonra Avropada qaz bahalaşmışdı. Amma Avstriyadan gələn açıqlamalar göstərir ki, Rusiyadan qaz idxalının dayanmasına görə, digər ölkələrdən qaz alışı həyata keçirilməyəcək. 


Qeyd edək ki, Avstriya kiçik çaylarla zəngin olan ölkədir. Burada 3000-dən çox su elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyasının şəbəkəsinin böyüklüyünə görə Avstriya Avropanın ən böyüklərindən biri hesab edilir. Su elektrik stansiyaları ölkənin elektrik enerjisinə olan tələbinin 70 faizə yaxınını ödəyir. 


Vasif

 

 


 

 

Seçilən
16
sfera.az

1Mənbələr