AZ

İranda yaşayış minimumu 40% artıb

Son 4-5 ay ərzində İranda yaşayış minimumu və qidaya əsaslanan minimum səbət ən azı 40% artıb. Bəzi yerlərdə isə qiymətartımı daha çox olub.

Bu barədə "İlna" xəbər agentliyi məlumat yayıb.

"Deyəsən, qiymət artımı bombası həmişəkindən daha güclü partlayıb və onun qəlpələri iqtisadiyyatın bütün sahələrinə yayılıb",- agentliyin dərc etdiyi məlumatda yazılıb.

"İlna"nın yazdığına görə, Məsud Pezeşkian hökumətinin ilk bir neçə ayında elektrik və enerji ödənişləri, ət və yumurta, dollar, qızıl və sikkələr, avtomobillər və mənzillər işıq sürəti ilə bahalaşıb və inflyasiya bütün sahələri əhatə edib.

İşçi hərəkatı fəalları "İlna"ya açıqlamalarında ölkənin bütün bölgələrində inflyasiyanın işçi və yoxsul təbəqənin həyatına ikiqat mənfi təsir göstərdiyini bildiriblər.

"Bu bütün ölkə boyu işçi və aztəminatlı ailələr sarsıdıb. Onlar məişət problemlərini həll edə, ailə qura bilmir, ev almaq barədə hətta düşüə də bilmirlər",- işçi hərəkatı nümayəndəsi Hüseyn Həbibi deyib.

Qeyd edək ki, noyabrın 2-də İran Prezidenti Məsud Pezeşkian vəziyyətin pisləşməsini və hakimiyyətin səriştəsizliyini etiraf edərək, ölkənin müxtəlif problemlərlə üz-üzə olduğunu bildirib.

“Bizim su, işıq, qaz, ekologiya ilə bağlı çoxlu problemlərimiz var. . Bəzi sahələrdəki tarazsızlıq həddindən artıq təhlükəli səviyyəyə çatıb”,- Pezeşkian xəbərdarlıq edib.

visiontv.az



Seçilən
11
visiontv.az

1Mənbələr