AZ

Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - Təfərrüat

Bakının Sabunçu rayonunda həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı Fuad Musayev cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. O, cinayət işini məhkəmə baxışına verilməsi istəyib.

Məhkəmə baxışı dekabrın 11-ə təyin olunub.

Qeyd edək ki, bu ilin avqustun 17-də Sabunçu rayonu ərazisində 1999-cu il təvəllüdlü Xumar Həsənlinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyevin rayon ərazisində yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə qısqanclıq zəminində baş verib.

İstintaq orqanı tərəfindən Bəxtiyar Vəliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.


Müəllif: Hacı Zeynalov
Seçilən
8
teleqraf.com

1Mənbələr