Milli Məclisin Komissiyalarında 2025-ci ilin dövlət büdcəsi müzakirə olunur...
İqtisadçı-ekspert: “Azərbaycanın 2025-ci il büdcəsinin son 10-15 ildə qəbul olunan büdcə fəlsəfəsindən ciddi fərqi yoxdur”.
“İlk dəfədir ki, neftin qiyməti yüksək götürülür. Neftin qiyməti 75 dollar təklif olunurdu, sonradan 5 dollar azaltdılar və 70 dollar götürdülər”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanın 2025-ci büdcəni Poliqon-a şərh edərkən qeyd.
Hazırda Milli Məclisin Komissiyalarında 2025-ci ilin dövlət büdcəsi müzakirə olunur. Ümumilikdə, dəyərləndirdikdə bu ilin büdcəsi ilə müqayisədə gələn ilin büdcəsində hansı yeniliklər var və gələn ilin büdcəsində əsasən hansı sahələr üstünlük təşkil edir?
Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.
Natiq Cəfərli: “Nəticə etibarilə, ilk dəfə olaraq biz ilin ortasında neftin qiymətinin aşağı olduğunu hiss edərək, büdcə gəlirlərində problemlər yaşaya bilərik”.
Neftin qiymətinin yüksək götürülməsinin gələcəkdə müəyyən problemlər yarada biləcəyini proqnoz edən ekspert Poliqon-a açıqlamasında gələn il neftin müxtəlif səbəblərdən daha ucuz ola biləcəyini qeyd edib:
“Açığı, Azərbaycanın 2025-ci il büdcəsinin son 10-15 ildə qəbul olunan büdcə fəlsəfədən ciddi fərqi yoxdur. Həm gəlirlər, həm xərc hissəsində eyni yanaşma mövcuddur. Amma bəzi yeniliklər də ondan ibarətdir ki, son bir neçə ildə işğaldan azad olunmuş ayrılan vəsait büdcədə kifayət qədər böyük yer alır. Məsələn, əvvəllər bu xərclər yox idi. Qeyd edim ki, həm müdafiə xərcləri, hüquq-mühafizə orqanlarında olan, sosial xərclər büdcənin faiz nisbətində demək olar eyni qalır.
Yeganə diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, əvvəllər büdcədə neftin qiyməti daha konservativ yanaşma ilə müəyyənləşdirilirdi və daha aşağı qiymət götürülürdü. Sonradan, may, iyun ayında yenidən baxılırdı, əgər neft daha baha satılırdısa, gəlirlər artırdısa, yeni gəlir mənbələri əldə olunurdu və büdcənin gəlir, xərc hissəsində dəyişikliklər edilirdi. İlk dəfədir ki, büdcədə neftin qiyməti yüksək götürülür.
Əvvəl neftin qiyməti 75 dollar təklif olunurdu, sonradan 5 dollar azaltdılar və 70 dollar götürdülər. Bu da gələcəkdə müəyyən problemlər yarada bilər. Çünki ola bilər ki, gələn il neft müxtəlif səbəblərdən daha ucuz olsun. Həm də Tramp hakimiyyətə gəlməsi də neftin qiymətinə ciddi təsir göstərə bilər. Çünki o ucuz neft tərəfdarıdır.
Nəticə etibarilə, ilk dəfə olaraq biz ilin ortasında neftin qiymətinin aşağı olduğunu hiss edərək, büdcə gəlirlərində problemlər yaşaya bilərik. Bu yeni bir yanaşmadır. Büdcənin başqa tərəflərinə baxanda ciddi dəyişikliklə görmürəm. Məhz neft qiymətlərinə yanaşmada müəyyən dəyişikliklər hiss olunur”.
Nərminə UMUDLU
Poliqon.info