İspaniyanın “Real” klubunun 3 futbolçusu UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərə “Liverpul”u ilə keçiriləcək V tur oyunundan öncə sarı vərəqə limitindədir.
Msport.az xəbər verir ki, Madrid təmsilçisinin heyətində Luka Modriç, Eduardo Kamavinqa və Lukas Vaskes bugünkü matçda sarı vərəqə alacaqları təqdirdə cəzalı duruma düşəcəklər.
Bu isə o deməkdir ki, “kral klubu” VI turda İtaliya “Atalanta”sı ilə görüşə 8 itki ilə çıxa bilər. Çünki hazırda “Real”ın beş futbolçusu – Vinisius Junior, Rodriqo, Daniel Karvaxal, Eder Militao və David Alaba zədəlidir.
Qeyd edək ki, “Real”ın “Atalanta” ilə oyunu dekabrın 10-da keçiriləcək.