AZ

İspan deputat Fələstinə görə aclıq aksiyasına başladı: Söz kifayət etmir

İspaniyalı deputat Xorxe Pueyo Fələstinə dəstək üçün noyabrın 29-na qədər aclıq aksiyası keçirəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, parlamentdə keçirdiyi mətbuat konfransında Pueyo "Fələstin Evi" və Qüds Dərnəyinin başlatdığı aclıq aksiyasını dəstəklədiyini açıqlayıb.

İspaniyadakı azlıq sol koalisiya hökumətinin tərəfdaşı olan Sumar alyansının parlament sədrinin müavini olan Pueyo İspaniyanın İsraillə diplomatik və ticarət əlaqələrini kəsməli olduğunu diqqətə çatdırıb:

“İsrail dövlətinə tam silah embarqosu qoymağı tələb edirəm. Həyat və siyasətdə elə vaxtlar olur ki, söz kifayət etmir. Buna görə də nümunə göstərmək vacibdir”.

Seçilən
8
publika.az

1Mənbələr