Livanda atəşkəs razılaşması Qəzza zolağında hərbi əməliyyatların dayandırılması üçün katalizatora çevrilməlidir. Bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonqun bəyanatında deyilir.
"Avstraliya İsrail və Hizbullah arasında hərbi əməliyyatlara son qoyacaq atəşkəs razılaşmasını alqışlayır. Bu, insanların əzabını azaltmaq və İsrailin Livan sərhədinin hər iki tərəfindəki köçkünlərin evlərinə qayıtmasını təmin etmək üçün mühüm addımdır",- Vonq deyib.
Avstraliya Xarici İşlər Nazirliyinin rəhbəri aydınlaşdırıb ki, Kanberra Livanda atəşkəs tərəfdarı olan beynəlxalq koalisiyanın bir hissəsi olmaqla “danışıqçıların səylərini yüksək qiymətləndirir və bütün tərəfləri atəşkəs razılaşmasının şərtlərinə ciddi şəkildə əməl etməyə çağırır”.
Oxuməni.az