AZ

Kuleba: “Ruslar Dnepr, Poltava və Zaporojyedə peyda olacaq”

Kuleba:

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib ki, onun ən böyük qorxularından biri ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynaya silah və sursat verməsini dayandırmasıdır.

Reyting.az
bildirir ki, Kluba belə bir durumda Donbasda cəbhə xəttinin dağılmasını, rusların isə Dnepr, Poltava və Zaporojyenin qapılarında peyda olmasını mümkün sayır.

“Bu, Ukrayna üçün bu müharibədə ən təhlükəli an olacaq”, - deyə Kuleba əlavə edib.

Keçmiş nazirin sözlərinə görə, əgər Tramp həqiqətən də Ukraynanı yardımdan məhrum etsə, o zaman Avropanın mövqeyi həlledici olacaq: “Əgər Avropa İttifaqı dövlətləri tədarükləri davam etdirmək və artırmağın bir yolunu tapsalar, bu, Ukraynaya daha çox vaxt qazandıracaq. Bu tənlikdə ən böyük naməlum olan Avropanın buna nə dərəcədə hazır olacağıdır. Avropalıların iki variantı olacaq. Onlar ya gözləyir vəTrampı izləyir, ya da daha böyük məsuliyyət payı daşımalı olduqlarını qəbul edirlər”.

Kulebanın fikrincə, Avropa İttifaqı ABŞ-dan gələn yardımın həcmini təkbaşına əvəz edə bilməz - bu, Avropanın qısa müddət ərzində öz silah istehsalını kəskin şəkildə artırmaq qabiliyyətindən və istəyindən asılıdır.

ELÇİN
Seçilən
3
reyting.az

1Mənbələr