“Azərbaycanda bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı təsdiq edilib”.
“Qafqazinfo” xəbər verir ki, məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.
M. Pənahov bildirib ki, MSK seçki dairələrində zəruri addımların atılması ilə bağlı qərarlar qəbul edir:
“Artıq Azərbaycanda 685 bələdiyyə fəaliyyət göstərir. MSK bir neçə seçki dairəsində zəruri addımların atılması ilə bağlı qərarlar qəbul edib.
Həm bələdiyyələrin sərhədləri, həm məntəqələr, həm də bələdiyyə ərazisində olan seçicilərin sayı ilə bağlı zəruri addımlar atılıb”.
Gülnar Əliyeva