“Beşiktaş” klubunun prezidenti Hasan Arat istefa verib.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Aratın istefası bu gün keçirilən toplantısında qəbul olunub. Onu bu postda Hüseyin Yücel əvəzləyib.
Qeyd edək ki, Türkiyə Superliqasının 13-cü turunda “Beşiktaş”ın evdə “Göztəpə”yə 2:4 hesabı ilə uduzması klubda çoxsaylı istefalara səbəb olub.
İdman.biz