AZ

"Beşiktaş"ın prezidenti istefa verdi - RƏSMİ

Son həftələrdə uğursuz nəticələr göstərən "Beşiktaş"da istefalar davam edir.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Hasan Arat tutduğu postdan ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub rəhbəri öz istəyi ilə istefa verib. "Beşiktaş"In prezidenti vəzifəsini müvəqqəti olaraq Hüseyin Yücel yerinə yetirəcək.

Qeyd edək ki, daha əvvəl "Beşiktaş"ın futbol üzrə koordinatoru Samet Aybaba, İdarə Heyəti üzvü Bredli Hovard Fridel və klubun mətbuat xidmətinin rəhbəri Okay Karacan vəzifəsindən ayrılmışdı.

saytlarin hazirlanmasi

Seçilən
12
sportal.az

1Mənbələr