AZ

Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə - 135 MİLYON MANAT ZƏRƏR VURUBLAR

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 140 milyon 787 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 708 min manat və ya 4% çoxdur.

2023-cü ilin yanvar-oktyabr aylarında bu göstərici 135 milyon 79 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 105 milyon 349 min  manat təşkil edib ki, bu da illik müqayisədə 23 milyon 436 min manat və ya 29% çoxdur.

Əvvəlki ilin eyni dövründə 81 milyon 913 min manat sığorta ödənişləri edilmişdi.

Sığorta növü üzrə zərərlilik son bir il ərzində 14% artaraq 75%-ə yüksəlib.

Seçilən
8
fed.az

1Mənbələr