“Beşiktaş”ın prezidenti Hasan Arat tutduğu vəzifədən istefa verib.
İdmanxeber.az-ın məlumatına görə, uğursuz gedişatın ardından belə bir qərar qəbul edilib. Prezidentlə yanaşı, klubun digər idarəediciləri də istefa verib.
Xatırladaq ki, “Beşiktaş” Super Liqanın son turunda evdə “Göztepe”yə 4:2 hesabı ilə məğlub olub.