AZ

Çəkmək istədiyin tablonu xatırladım

(Bahar ol, payız ol, nə olursan ol, ildə bircə dəfə sən də qayıt gəl deyir ata-anan)

İllərlə gözənilən müharibə başladı. Hələ Rauf Polad Həşimov şəhid olan gündən hərbi komissarlığa gedib könüllü döyüşə yazılmışdı. Evdə heç kimin xəbəri yox idi. Artıq Qubadlı və bir çox rayonlarımız alınmışdı. Rauf hər evlərinə zəng edəndə hər şey yaxşıdır ata deyirdi..Nədənsə payızda çox sərt gəlmişdi..Anası ürəyində dönə-dönə Allaha yalvarırdı..Nə olar sərt olma payız axı səngərdə balam yatır (əsgərlərimiz yatır) pıçıldayırdı. Rauf axırıncı dəfə Məhərrəm müəllimə zəng edəndə onun kəşfiyyat komandiri qoyulmağını demişdi, ata fərəhlənirdi igid balasının şücahətinə.. Hər gün cəbhədən qələbə sorağı gəlsə də itkilər də var idi..23.10.2020--ata dönə-dönə zəng etsədə Raufun telefonuna zəng çatmırdı. Böyük nigarançılıq çökmüşdü ailəyə..Hər gələn zəngə həyacanla cavab verirdilər...Tam 5-gün idi ki, Raufdan heç bir səs-soraq yox idi..Bir az səninlə söhbət etmək istəyirəm Rauf niyə getdin, mədən getdin cəbhəyə? Yurd həsrəti səni buna məcbur etdi? Axı sənin görüşdüyün sevdiyin insan da var idi..Atan, anan, bacın doğmaların..Bir də sənin rənglər dünyan var idi..Sizin ailəyə ara-sıra baş çəkirəm Rauf. Bilirsən ailəniz mənə necə doğma olub..Lap yaxın qohum kimi..Sizin evinizə gələndə həmişə evinizdə bir qəribə süküt hiss edirəm..Sənin yoxluğun evinizin istiliyini, sevincini aparıb..Ailə sanki bir ruh kimi gəzib dolaşırlar..Sən istəməzdin belə olsun Rauf. Hər sizə gələndə sənin rəsm muzeyinə baş çəkmək istəyirəm. Fikrim sənin rəsmlərində qalır. Sənin rənglər dünyanda bir başqa dünyan yatır.. Sənin bir başqa dünyan var.. Rənglər dünyası, bu rənglər dünyasında "Gözlərimi gözləyənin gözlərini gözlərimlə gözləyəcəm"(Raufun öz fikirləridi) gözlərini, dünyasında dediyin o pünhan sevgini axtarıram. Atana demişdin qələbə çalaq Şuşada Cıdır düzünün böyük bir tablosunu yaradacam. PS..Bu yay Şuşada oldum.Qarış-qarış gəzdiyimiz yerlərdən daha çox can atdığım Cıdır düzü oldu. Cıdır düzü başdan-başa çəmən gülləri ilə döşənmişdi. Nədənsə məni orda sıxıntı tutmuşdu. Bəlkə də o düzlərdə gəzən şəhidlərin ruhları idi. Sıldırım sal qayalar, çəməndə xəfif mehdən yellənən güllər..səni xatırladım Rauf.Sənin arzunu, çəkmək istədiyin tablonu..Xınalı qayalarda əllərimi toxundurdum qayalara sənin rənglərin, rəng çalarların canlandı xəyalımdı. Düzdü məndə heç bir rəssamlıq istedadı yoxdur..Çox Heyif Rauf yarımçıq qalan arzularından səmada quşlar uçuşur..hər şey xəyal kimi uçub gedir. Təəssüf edirəm, yarım qalan ömrünə, arzularına, yarımçıq qalan rənglər dünyana, yarımçıq qalan tablona...Tam əlaqələr kəsilib...29.10.2020 səhər tezdəndən Məhərrəm müəllimə gələn zəng. Xahiş edirik komissarlığa gəlin! Rauf şəhid olub...Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldun..Ən axırıncı zəngini sevdiyi qıza edib...(Belə deyirlər)Vidalaşıb sevgisini, istəyini, məhəbbətini tutduğu sözünü pıçıltıyla söyləyib..Son sözü..Axı mənim çox arzularım varıydı..Səs kəsilir..Hayqıran bir səs ucalır Raufff..Hərdən fikirləşirəm bəlkədə biz o insanla küçədə rastlaşırıq..Qəlbi Rauf həsrətlisi olan biridir,hər oktyabr ayı gələndə onun soyuq sazaq yağışlı yağmurlu günləri başlayır...(Bu aralar Rauf şəhərimizə tez-tez yağışlar yağır. Bu yağışlar mənə təbiət hadisəsindən daha çox Şəhid Analarının göz yaşını xatırladır). Matəmli günləri..Bəlkədə heç rast gəlməmişik o insanla..Rauf sənin bu dünyada bir insanın qəlbində sevgin məzara dönüb..Zərnigar xanımdan sevdiyin qızı axtarıb tapmağını sordum mən..Gözləri doldu..Rauf yoxsa..Neynirəm.. söylədi...Rəsmlərində boynu bükük bir taplo yaratmısan sanki üz çevirib getmək istəyən birisi..bəlkə də öz taleyini ağ kətana hopdurmusan heç özün də bilmədən..

Müəllif: Cəmilə Babayeva

Seçilən
5
sia.az

1Mənbələr