Bakı. Trend:
Azərbaycan seçicilərini bələdiyyə seçkilərində fəal iştiraketməyə çağırırıq.
Trend-in məlumatına görə,bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bugün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, Azərbaycanda ictimaiyyət seçkilərə böyükmaraq göstərib.
“Bələdiyyə seçkilərində də vətəndaşları aktiv iştirak etməyəçağırırq. Xüsusilə qadınları və gəncləri seçkilərdə namizəd kimifəal iştirak etməyə çağırırq”, - o əlavə edib.
Qeyd edək ki, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın29-da keçiriləcək.