Rusiya prezidenti Vladimir Putin Qazaxıstana səfər edib.
Modern.az-ın məlumatına görə, o, Astanada iki günlük səfərdədir.
Onun Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüş planlaşdırılır.
Kremldən verilən məlumata görə, görüş zamanı dövlət başçıları “strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin” inkişafını, o cümlədən Qazaxıstanın KTMT-də, Rusiyanın isə MDB və BRİKS-də sədrliyini nəzərə alaraq müzakirə edəcəklər. Noyabrın 28-də Putin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Astanada keçiriləcək sessiyasında iştirak edəcək.