AZ

İsrailin Qəzza hücumlarında daha bir jurnalist həyatını itirib

Bakı, TurkicWorld

İsrailin Qəzzaya hücumlarında daha bir jurnalist həyatını itirib

TurkicWorld xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisi yazılı açıqlama yayıb.

İsrail ordusunun Qəzza zolağında davam edən hücumlarında fələstinli jurnalist Ala Fevzi Berhumun öldüyü bildirilib.

Açıqlamada qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən başlayan hücumları zamanı 190 jurnalist həyatını itirib. İsrail ordusunun Qəzzada jurnalistləri qəsdən hədəf alması və öldürməsi ciddi şəkildə pislənilib.

Qəzza hökuməti beynəlxalq təşkilatlara və ictimaiyyətə müraciət edərək, İsrailə qarşı çəkindirici sanksiyaların tətbiqini və bu cinayətlərə görə beynəlxalq məhkəmələrdə mühakimə olunmasını tələb edib.

Hökumətin bəyanatında İsrailin fələstinli jurnalistləri öldürərək "faktları gizlətməyə və regiondan beynəlxalq ictimaiyyətə doğru məlumat axınının qarşısını almağa çalışdığı" iddia olunub.

Seçilən
32
turkic.world

1Mənbələr