AZ

Putin Qazaxıstana getdi, sabahkı tədbirdə Paşinyan iştirak etməyəcək

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Qazaxıstana dövlət səfərinə gedib.

Xəbər verdiyimiz kimi, səfər çərçivəsində o, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşəcək. 

Noyabrın 28-də Qazaxıstan liderinin sədrliyi ilə Astandada KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək. İslacda bir sıra sənədlərin qəbul edilməsi planlaşdırılır.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-dəki fəaliyyətini dondurması ilə əlaqədar tədbirdə iştirak etməyəcək.

Hürr Tərcüman

Seçilən
6
hurriyyet.az

1Mənbələr