AZ

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində noyabrın 28-dən 29-u axşamadək arabir yağış yağacağı gözlənilir. Bununla bağlı Milli Hidrometrologiya Xidməti məlumat yayıb.


Məlumata əsasən, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.


Azərbaycanın rayonlarında hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.


Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

www.anews.az
Seçilən
16
49
anews.az

10Mənbələr