Rusiya prezidenti Vladimir Putin Qazaxıstana səfər edib.
Missiya.Az xəbər verir ki, bu barədə Kreml öz saytında məlumat yayıb.
“Rusiya prezidenti Qazaxıstana iki günlük dövlət səfərinə gəlib”, - deyə vurğulanıb.
Qeyd olunub ki, Putin noyabrın 28-də Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirak edəcək.
Daşqın HəsənovMissiya.Az