Bişkek. Trend:
Azərbaycan-Qırğız İnkişaf Fondu (AQİF) və Qırğızıstanın Turizminİnkişafına Dəstək Fondu Əməkdaşlıq Memorandum imzalayıb.
Trend bu barədəAzərbaycan-Qırğız İnkişaf Fonduna istinadən xəbər verir.
Sənədi Azərbaycan-Qırğız İnkişaf Fondunun idarə heyətininhəmsədri Almaz Mambetov və Qırğızıstanın Turizmin İnkişafına DəstəkFondunun prezidenti Kılıçbek Rısaliyev imzalayıblar.
Memorandumun əsas məqsədi turizm sahəsində uzunmüddətliəməkdaşlığın qurulmasıdır.
Əməkdaşlıq çərçivəsində tərəflər turizm sahəsində potensiallayihələrin birgə araşdırılması, master-planların vətexniki-iqtisadi əsaslandırmaların təhlili və digər sənədlərinmaliyyələşdirilməsi, təcrübə mübadiləsi və ən yaxşı beynəlxalqtəcrübələrin tətbiqi üzərində işləməyi planlaşdırırlar.
Qeyd olunur ki, turizm sahəsinin inkişafı üçün tərəfdaştəşkilatların cəlb olunmasına, məsləhət və məlumatlandırmatədbirlərinə xüsusi diqqət yetiriləcək.
Tərəflər, həmçinin, turizm, mədəni-yaradıcı, ekspert vəinvestisiya fəaliyyəti ilə məşğul olmağı, hər iki ölkənin maraqlarınaminə turizm biznesi üçün əlverişli şəraitin yaradılması məqsədiləbirgə tədbirlər keçirməyi planlaşdırırlar.
Gözlənilir ki, fondlar arasında əməkdaşlıq turizm sənayesininböyüməsi üçün yeni imkanlar yaradacaq, eləcə də iki ölkə arasındamədəni və investisiya əlaqələrinin inkişafına töhfə verəcək.