Tanınmış amerikalı ifaçı Şer musiqi karyerasını başa vurur.
APA “The Sun”a istinadən xəbər verir ki, bu barədə müğənni özü bəyan edib.
78 yaşlı musiqiçi hazırda yeni mahnılarından ibarət albom hazırlayır. Məhz bu albom onun karyerasında sonuncu olacaq.
Qeyd edək ki, aktrisa kimi bir sıra filmlərdə də rol alan erməni əsilli ifaçı ömrünün 61 ilini səhnəyə həsr etdiyini vurğulayıb.