Oktyabrın 7-dən etibarən İsrailin Qəzzaya həyata keçirdiyi hücumlarda qurbanların sayı günü-gündən artır.
“Cebheinfo.az” xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi Qəzzadakı itkilərlə bağlı son məlumatı paylaşıb. Nazirlik hücumlarda 1410 ailənin tamamilə məhv edildiyini və 3463 ailənin yalnız bir üzvünün sağ qaldığını açıqlayıb. Birdən çox üzvünün sağ qaldığı ailələrin sayı isə 2 min 287-dir.
Qeyd edək ki, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda indiyədək 44 min 230 nəfər həyatını itirib, 100 mindən çox fələstinli isə yaralanıb.