Ukraynada 2024-cü il avqustun 1-nə qədər, genişmiqyaslı müharibənin başlanmasından bəri sağlamlıq səbəbi ilə 41 general ehtiyata göndərilib.
Musavat.com xəbər verir ki, bu barədə "Radio Svoboda" Ukrayna Silahlı Qüvvələrinin Əsas Komunikasiya İdarəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu, ölkənin müdafiə strukturunda ciddi dəyişikliklərə səbəb olub.
Məlumatda bildirilir ki, 2022-ci il fevralın 24-dən 2024-cü il avqustun 1-dək olan müddətdə bir nəfər də olsun yüksək rütbəli hərbi qulluqçu xidmətə qəbul edilməyib.
Musavat.com