AZ

Ukrayna Cənubi Koreya ilə birləşir: Rusiya və Şimali Koreyaya qarşı plan hazırlanır

Cənubi Koreya prezidenti Yun Seok-yeol Ukraynanın müdafiə naziri Rüstəm Umerova Rusiya və KXDR arasında hərbi əməkdaşlıq səbəbindən təhlükəsizlik təhdidlərinə cavab planı yaratmağı təklif edib.

Publika.az "Yonhap"a istinadən xəbər verir ki , bu barədə Cənubi Koreya liderinin administrasiyasından bildirilib.

“Koreya Respublikası və Ukrayna Rusiya və KXDR arasında hərbi əməkdaşlıq nəticəsində yaranan təhlükəsizlik təhdidlərinə cavab vermək üçün hərəkətə keçməli və planlar hazırlamalıdır”, - açıqlamada qeyd olunur.

Umerovun başçılıq etdiyi Ukrayna nümayəndə heyəti ilə Milli Təhlükəsizlik Departamentinin rəhbəri Şin Von-sik və müdafiə naziri Kim Yonq-hyunla da görüşüb.

Seçilən
9
publika.az

1Mənbələr