AZ

"Məktəbdə dini təhsilin keçirilməsi qətiyyən düzgün deyil" - Təhsil ekspert

Millət vəkili Hikmət Babaoğlu parlamentin iclasında bildirib ki, Azərbaycanda insanlar dini təhsilə cəlb olunmalıdır. Bu, onlarda milli, ideoloji şüur formalaşmasına təsir edəcək. 

Bəs təhsil müəssisələrində ayrıca din dərslərinin keçirilməsi düzgündür?

Mövzu ilə əlaqədar təhsil məsələləri üzrə ekspert Cahid İmanlı Redaktor.az-a açıqlamasında bildirib ki, məktəblərdə dini təhsil vermək üçün ilk olaraq ali məktəblərdə bu istiqamət üzrə pedaqoji kadr yetişdirmək lazımdır. Proses belə olmalıdır:

"Orta məktəblərdə dini təhsilin keçirilməsinin vacibliyi konsepsiya şəklində əsaslandırılmalı, proqramı, məzmunu hazırlanmalı, ali məktəblərdə "Din təhsili" müəlllimi ixtisası üzrə tələbə qəbulu elan edilməli, kifayət qədər kadr hazırlığından sonra orta məktəblərdə dini tədris həyata keçirilməlidir. Pedaqoji təhsili  olmayan, hansısa din xadiminin və digər təsadüfi şəxslərin məktəbdə dini təhsilə kadr kimi cəlb edilməsi qətiyyən yolverilməzdir".

Cahid

C.İmanlının sözlərinə görə, məktəbdə dini təhsilin keçirilməsi qətiyyən düzgün deyil:

"Onsuz da dərsliklərdə istər din, istərsə də milli-mənəvi dəyərlər haqqında kifayət qədər məlumat verilir. Ayrıca dini təhsil şagirdlərə əks təsir edə bilər, nəinki dünya görüşünu formalaşdıra, milli, ideoloji duyğuları artıra bilər, əksinə  dini duyğuların ifrat dərəcəyə çatmasına gətirib çıxara bilər. Bu da istər ümumdünya   dəyərlərinə, istərsə də milli dəyərlərə qətiyyən uyğun deyil. Digər tərəfdən Azərbaycan Respublikasının ideoloji şüuru əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasıdır. Bu ideologiya cəmiyyətimizdə artıq öz yerinə oturub. Yaxşı olardı ki, deputat yeni nəsil texnologiyaları, süni intellekti inkişaf etdirəcək layihələri dəstəkləyən fikirlər irəli sürsün".

Sevinc İBRAHİMZADƏ

Seçilən
11
redaktor.az

1Mənbələr