Rekord miqdarda qar yağması nəticəsində 3 nəfər həlak oldu
Cənubi Koreyada noyabr ayı ərzində müşahidə edilən hava şəraiti göstərib ki, bu il rekord miqdarda qar yağıb. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, 3 nəfər həlak olub. İtkilər barədə də məlumat alınır, lakin onların sayı açıqlanmır. Meteoroloqların məlumatına görə, Seulda 24 sm-dən çox, Gyeonggidə 22 sm, İncheonda isə 14 sm-dən çox yağıntı düşüb. Anormal miqdarda yağan yağıntı elektrik enerjisinin kəsilməsinə səbəb olub - 330-dan çox ev əlverişsiz hava şəraiti səbəbindən işıqsız qalıb. Əlverişsiz hava şəraiti hava nəqliyyatına da təsir edib - Cənubi Koreyada 146 beynəlxalq və daxili reys ləğv edilib. Meteoroloqlar qarın cümə axşamı da davam edə biləcəyini qeyd edirlər. 20 sm-dən çox yağıntı gözlənilir.