AZ

Almaniyanın Birinci Kanalı Rusiyanı tərk edir

Almaniyanın ARD telekanalının müxbirləri və operatorları Rusiyanın Birinci Kanalının Almaniyada yayımına qadağa qoyulduqdan sonra güzgü tədbiri olaraq Rusiyanı tərk etmək əmri verilib.

Oxu24.com xəbər verir  ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi brifinqdə bildirib.

"Rəsmi Berlinin rus müxbirlərinə qarşı qeyri-dost hərəkətlərinə cavab olaraq alman müxbirlərinə güzgü tədbiri olaraq, akkreditasiya sertifikatlarını təhvil vermək və müəyyən edilmiş müddət ərzində Rusiya Federasiyasının ərazisini tərk etmək əmri verilib", - Zaxarova bildirib.

Bundan əvvəl Birinci Kanalın müxbiri İvan Blaqoy efirdə demişdi ki, Almaniya hakimiyyəti telekanalın Almaniya bürosunu bağlayır.

Jurnalistin sözlərinə görə, dekabrın birinci yarısında o, həmkarı Dmitri Volkovla birlikdə Almaniya ərazisini tərk etməlidir. Blaqoy dəqiqləşdirib ki, müxbirlər müvafiq sənədi çərşənbə axşamı Almaniya rəsmilərindən alıblar.

Bundan əvvəl RİA Novosti saytı Moldovada bloklanıb.

 

Nigar

 

Seçilən
16
oxu24.com

1Mənbələr