Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlaması ilə olduqca diqqət çəkib.
"Cebheinfo.az" xəbər verir ki, dövlət başçısı Cümhuriyyət Xalq Partiyasının (CHP) bələdiyyə seçkilərində uğurlu olmasından danışıb.
Ərdoğan deyib ki, ana müxalifət partiyasının bu qədər çox səs toplanmasının günahı hakimiyyətdədir:
"Cümhuriyət Xalq Partiyası (CHP) necə bu qədər səs toplayır? Necə bu qədər bələdiyyə qazanır? Açıq şəkildə deyirəm ki, bunun səbəbi Ədalət və İnkişaf Partiyası (AKP) olaraq bizik. Bu özünütənqiddir.
Atalarımız demişkən, günahı özümüzdə axtarmalıyıq".
AKP sədri çıxışına belə davam edib:
"Tənqid etmədən əvvəl günahı özümüzdə axtaracağıq. Regional və qlobal krizlərin təsiri ilə yaşadığımız iqtisadi problemlər əskiklərimiz və hətta yanlışlarımızla birləşəndə milyonlarla insanı istəməyə-istəməyə gedib CHP-yə səs verməyə məcbur etdi. Bəlkə də heç səsvermədə iştirak etmədilər, amma nəticə ortadadır".