2024-cü ilin noyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda 3 253 ədəd bankomat fəaliyyət göstərir. Keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bu ilin oktyabrın sonunda bankomatların sayı 5,3% artıb.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankomatların 1 741 ədədi, yəni 53,5 faizi Bakıda quraşdırılıb.
Rəsmi məlumata görə, ölkəmizdə hər 3100 nəfərə bir bankomat düşür. 2017-ci ildə bu göstərici 3900 nəfər idi.
Vasif