AZ

Pakistan üsyan edir - Ölənlər var

Pakistanın keçmiş Baş naziri İmran Xanın tərəfdarlarının paytaxt İslamabadda təşkil etdiyi etiraz aksiyalarında 4 təhlükəsizlik zabiti həlak olub.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Xanın Pakistan Ədalət Hərəkatı (PTI) partiyasının tərəfdarları keçmiş baş nazirin azadlığa buraxılmasını tələb etsələr də, Pakistanın baş naziri Şahbaz Şərifin ofisindən verilən açıqlamada hadisələr pislənib: “Bu, dinc etiraz deyil. Bu, sadəcə olaraq ekstremizmdir”. Cümə günü etirazçıların İslamabada yürüşünə başladığı vaxtdan bəri 4000-dən çox Xan tərəfdarı həbs edilib. Hökumət ötən həftə mitinqləri qadağan edib, mobil və internet xidmətləri məhdudlaşdırılıb. Paytaxtla digər şəhərlər arasındakı əlaqə yolları konteynerlərlə bağlanıb.  2022-ci ildə etimad səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan Han korrupsiya işində mühakimə olunduğu üçün bir ildən artıqdır ki, həbsdədir.

Pakistan

Seçilən
31
manset.az

1Mənbələr