AZ

Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik – Azərbaycan XİN

Azərbaycan Xarici işlər Nazirliyi Ermənistan səfərdə olan Polşa Prezidenti Andjey Dudanın Azərbaycanla sərhədə gedərək Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşməsinə münasibət bildirib.

Heftelik.az-ın məlumatına görə,  bu barədə XİN-in “X” platformasındakı paylaşımında bildirilib.

“Azərbaycanın rəsmi olaraq “strateji tərəfdaşı” olan ölkə prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik “binokl şousu”nda iştirak etməsindən çox təəssüflənirik. Azərbaycan bu qeyri-dost aksiyaya cavab olaraq müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır.”, – məlumatda vurğulanıb.

Seçilən
0
7
heftelik.az

10Mənbələr