AZ

Fransada irqçiliyin növbəti qurbanı 17 yaşlı oyunçu oldu - Araşdırmalar başladı

Fransada həvəskar komandalar arasında keçirilmiş futbol matçındakı irqçilik hadisəsi qeydə alınıb.

Fanat.Az xəbər verir ki, məlumatı "RMC Sport" yayıb.

Xəbərə görə, xoşagəlməz olay "Kruazes de Bayonn" və "Etual Bearnez" kollektivləri arasındakı oyunda yaşanıb. Mənbə azarkeşlərin "Kruazes de Bayonn"un 17 yaşlı oyunçusunun ünvanına rasist ifadələr işlədərək meymun səsi çıxardıqlarını vurğulayıb.

Prokurorlar mətbuatda yayılan məlumatlardan sonra araşdırmaya başlayıblar. Belə hallara görə 1 il həbs və 15 min avro cərimə nəzərdə tutulur.

Seçilən
3
fanat.az

1Mənbələr