AZ

İranda “Edama yox” kampaniyası başlayıb

İranda edamların sayı artıb. 

“Cebheinfo.az” “Amerikanın Səsi”-nə istinadən xəbər verir ki, İranın 25 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir. 

Artıq İran ictimaiyyətində bir sıra fəallar “Edama Yox” kampanyasına başlayıb. İctimai fəallar məhbuslara edam hökmləri çıxarmasını avtoritar hökumətin strategiyası adlandırıblar. 

Fəllar bəyanat yayaraq bildiriblər ki, İran cəmiyyəti iqtisadi problemlərlə üzləşdiyi bir vaxtda, İslam Respublikası insanların etirazlarının qarşısını almaq üçün edam cəzalarını artırır. Bildirilib ki, son bir həftədə ölkə zindanlarında 25 nəfər dar ağacından asılıb. Qeyd olunub ki, son bir ay ərzində İranda ən azı 133 nəfər asılıb, 24 nəfərə ölüm hökmü verilib, 7 nəfərin edam cəzası təsdiqlənib, bir nəfərin isə ictimaiyyət qarşısında ölüm cəzası həyata keçirilib. 

Seçilən
10
cebheinfo.az

1Mənbələr