AZ

Məzahir Pənahov siyasi partiya rəhbərlərinə müraciət edib

Biz maksimum dərəcədə çalışırıq ki, vətəndaşlar seçkilərdə həm seçici, həm də namizəd kimi aktiv iştirak etsinlər.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın noyabrın 27-də keçirilən iclasında deyib.

O bildirib ki, Azərbaycandakı siyasi partiyaların fəaliyyəti əvvəlki illərlə müqayisədə xeyli güclənib. Bu baxımdan, parlament seçkilərində də bir partiyadan başqa hamısı iştirak etdi.

MSK sədri əlavə edib ki, ötən parlament seçkiləri əvvəlkilərdən fərqli olaraq daha rahat keçdi.

O, siyasi partiya rəhbərlərinə bələdiyyə seçkilərində fəal iştirakları üçün müraciət edib.

Seçilən
16
2
xalqqazeti.az

3Mənbələr